Выбрать плеер:

"Evimizi söküb, bizi çöllərdə qoyublar" | "Olympus" şirkəti iddialara nə cavab verdi? - Baku TV

26 апреля 2026 52 просмотров

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 104 ünvanında yaşayan sakinlər evlərinin qanunsuz söküldüyünü iddia edirlər.

Onların sözlərinə görə, hadisə illər əvvəl baş versə də, bu günə qədər nə kompensasiya, nə də alternativ yaşayış sahəsi ilə təmin olunmayıblar.

Sakinlər bildiriblər ki, beş il əvvələ qədər həmin ərazidə onlara məxsus ikimərtəbəli çıxarışlı ev və obyekt olub. Onların iddiasına görə, tikinti şirkəti tərəfindən bu mülklər icazəsiz şəkildə sökülüb.

Sakinlərdən biri baş verənləri belə təsvir edir:

“Çörək almağa çıxmışdıq. Bir də qonşular xəbər verdilər ki, evimizi dağıdıblar. Heç bir razılıq olmadan, heç bir icazəmiz olmadan evi söküblər. Dedilər ki, sizə kompensasiya verəcəyik. İki il kirayə haqqı verdilər, sonra dayandırdılar. Dedim ki, mənə evimi verin, dedilər satılıb, sizə veriləsi ev qalmayıb”.

Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəmə prosesi də aparılıb və ekspertiza nəticəsində evin sahəsinin böyük hissəsinin şirkət tərəfindən mənimsənildiyi təsdiqlənib:

“Araşdırma zamanı məlum oldu ki, evimizin 240 kvadratmetri şirkət tərəfindən mənimsənilib. Amma iş məhkəmədə gedə-gedə martın 6-da 38 il işlətdiyim mağazamı da xəbərdarlıq etmədən sökdülər”.

Məsələ ilə bağlı tikinti şirkətinin – “Olympus Park”ın mövqeyini öyrənmək üçün quruma müraciət edilib. Şirkətdən bildirilib ki, vətəndaşla dəfələrlə görüşlər keçirilib və müxtəlif təkliflər irəli sürülüb.

Şirkətin açıqlamasında qeyd olunur:

“Daşınmaz əmlakın çıxarış üzrə sahəsi 35 kvadratmetr təşkil edir. Vətəndaşa bir neçə dəfə 50 kvadratmetrdən artıq mənzil təklif olunub. Həmçinin müvafiq kompensasiya ödənişi həyata keçirilib və hazırda kirayə haqqı ödənilməkdə davam edir”.

Bundan əlavə, şirkət bəzi mübahisələrin ailədaxili məsələlərlə bağlı olduğunu iddia edir:

“Yaranmış bəzi mübahisələr tərəflər arasında daxili ailə münasibətləri ilə bağlıdır və şirkətin hüquqi öhdəliklərindən kənardır. Vətəndaş tərəfindən qanunvericiliyin tələblərindən kənar yüksək tələblər irəli sürülüb”.

Hazırda tərəflər arasında mübahisə məhkəmə icraatındadır və məsələyə qanunvericiliyə uyğun qaydada baxıldığı bildirilir.

Скопировано
"Qeyri-adi oldu" | "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - Baku TV

"Qeyri-adi oldu" | "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - Baku TV

Cəmiyyət
27 апреля 2026 52 просмотров
Evlənmək istəyən 745 nəfər bu xəstəliyin daşıyıcısı çıxdı | "Bundan qurtulmaq üçün..." - Baku TV

Evlənmək istəyən 745 nəfər bu xəstəliyin daşıyıcısı çıxdı | "Bundan qurtulmaq üçün..." - Baku TV

Cəmiyyət
27 апреля 2026 52 просмотров
"TikTok" azyaşlıların önünə görün hansı videoları çıxarır | Sosial şəbəkədə gizli təhlükə - XÜLASƏ

"TikTok" azyaşlıların önünə görün hansı videoları çıxarır | Sosial şəbəkədə gizli təhlükə - XÜLASƏ

Cəmiyyət
26 апреля 2026 52 просмотров
Turist qadından sumqayıtlı sevgilisi barədə iddia | Təqsirləndirilən şəxs nə cavab verdi? - Baku TV

Turist qadından sumqayıtlı sevgilisi barədə iddia | Təqsirləndirilən şəxs nə cavab verdi? - Baku TV

Cəmiyyət
26 апреля 2026 52 просмотров
Bu ərazilər külək və yağışa hazır olsun | Hava haqqında məlumat - Baku TV

Bu ərazilər külək və yağışa hazır olsun | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
26 апреля 2026 52 просмотров
"Burada uzunömürlülüyün sirrini tapdıq" | Gələn geri dönmür: Bu kəndin sirri nədir? - KƏNDİNƏ QAYIT

"Burada uzunömürlülüyün sirrini tapdıq" | Gələn geri dönmür: Bu kəndin sirri nədir? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
26 апреля 2026 52 просмотров
Köhnə mənzillərin bahalaşması niyə səngidi? | Ekspertlərdən açıqlama - Baku TV

Köhnə mənzillərin bahalaşması niyə səngidi? | Ekspertlərdən açıqlama - Baku TV

Cəmiyyət
26 апреля 2026 52 просмотров
Yağışdan sonra coşan Künxırt şəlaləsi

Yağışdan sonra coşan Künxırt şəlaləsi

Cəmiyyət
26 апреля 2026 52 просмотров
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - Baku TV

7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - Baku TV

Cəmiyyət
26 апреля 2026 52 просмотров
Tədqiqatın nəticələri açıqlandı

Tədqiqatın nəticələri açıqlandı

Cəmiyyət
26 апреля 2026 52 просмотров
Выбранные
icon