Выбрать плеер:
"Gərək onu yıxım ki, qışda yandırım" | 30 ildən çoxdur qaz üzünə həsrət qalan sakinlər - Baku TV
Qəbələ rayonunun Tövlə kəndində 1994-cü ildən bəri mavi yanacaq yoxdur.
Sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
"Qazımız yoxdur. Meşədə odun qırmağa qoymurlar. Bizim kəndə mütləq qaz lazımdır. Həyətimizdəki gilas ağacını kəsib yandırırıq ki, qışı keçirə bilək", – sakinlərdən biri söyləyib.
Digər bir kənd sakini də mövcud problemin yaratdığı gündəlik çətinliklərdən danışıb:
"1990-cı ildə qaz var idi, indi isə yoxdur. Hazırda insanlar çox əziyyət çəkir. Əgər kəndimizə qaz çəkilsə, çox yaxşı olar".
Скопировано
