Выбрать плеер:
"Hamını çayın qırağında vurdular" | Sakinlər faciəni danışdı: "4 bacısı Arazda axıb getdi" - Baku TV
1918-ci ildə azərbaycanlılara qarşı törədilən Mart soyqırımı Naxçıvandan da yan keçməyib.
Culfa rayonunun ən böyük kəndlərindən biri olan Yaycıda amansız qətllər törədilib. Tarixi mənbələrə görə, burada 2000-dən çox insan qətlə yetirilib.
Kənd sakini Abbas Rəcəbov soyqırımının dəhşətləri barədə danışarkən bildirib ki, anası həmin hadisələrin şahidi olub.
“O deyirdi ki, atam gəlib bizi evdən çıxardı. Arazı keçəndə ermənilər hamını vururdular. Yaycıda yüzlərlə insan Arazda axdı. Anam deyirdi ki, dörd bacım gözümüzün qabağında çayda axıb getdi”, – o, sözlərinə əlavə edib.
Скопировано
