Выбрать плеер:
"Laçın Şəhəri Günü" təntənəli şəkildə qeyd olunub
Avqustun 26-da Laçın şəhərində üçüncü dəfə Laçın Şəhəri Günü keçirilib.
Həkəri çayı sahilində bu əlamətdar gün münasibətilə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Tədbir Mədəniyyət Nazirliyi və Prezidentin Laçın rayonundakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirə doğma yurda dönən laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar qatılıblar.
Скопировано
