Выбрать плеер:
Sabiq nazir İlyas İsmayılov müalicə olunduğu xəstəxanada həyatını itirdi
Sabiq ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
Yaxınlarının “Report”a verdiyi məlumata görə, o, fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, İlyas İsmayılov martın 20-si 1938-ci ildə Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. İlyas İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.
Скопировано
