Выбрать плеер:
Sakinlərin pik həddə çatan yol dərdi | "Təhsil dayansın, özlərini xərcə salmaq istəmirlər" - Baku TV
Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxil olan 6 kəndin yolları yararsız vəziyyətdədir.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildirirlər.
“Yolsuzluğa görə təcili yardım, yanğınsöndürən maşınlar kəndə gəlmir. Xəstələrimizi yerli “Niva” maşınları ilə xəstəxanaya aparırıq. Cavanlar artıq kənddə qalmır, çıxıb gedirlər”, – kənd sakinlərindən biri söyləyib.
“Aidiyyəti qurumlara 6 kq məktub göndərmişik. Hamımıza şablon cavab verirlər. Yolun bu halda olması heç kəsi maraqlandırmır”, – deyə başqa bir sakin qeyd edib.
Скопировано
