Выбрать плеер:
Səbailin bitmək bilməyən yol problemi | Sakinlərin şikayətinə niyə baxılmır? - Baku TV
Səbail rayonunun Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində yol yararsız vəziyyətə düşüb.
Belə ki, yolda asfalt örtüyü yoxdur. Yağan yağış isə yolu daha da yararsız hala salıb. Bu da sakinlərin gediş-gəlişinə maneə yaradır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, son illər ərzində Səbail rayonunun müxtəlif ünvalarında 70 km-dən artıq yolların asfalt örtüyü bərpa edilib. 2026-cı ildə də mərhələli şəkildə yolların asfalt örtüyü ilə təmin edilməsi davam etdiriləcək. Sözügedən ünvan da nəzarətə götürülüb.
Скопировано
