Cəmiyyət
Выбрать плеер:

Sərnişinlərdən niyə əlavə ödəniş tutuldu? | Xırdalan stansiyasındakı hadisə barədə açıqlama

27 сентября 2024

27 sentyabr səhər saatlarında Abşeron dairəvi marşrutu üzrə proqram təminatında texniki nasazlıq yaranıb.

Turniket, kassa, köşklər, balans artırma aparatlarının işində fasilələr səbəbindən sərnişinlər buraxılıb, lakin ödənişi Bakıda qatardan düşərkən ediblər.

Bu zaman isə sərnişinlərin balanslarından gediş haqqı olaraq 80 qəpik əvəzinə, 1 manat 20 qəpik, yəni 40 qəpik əlavə ödəniş çıxılıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, yaranan texniki nasazlıq tez bir zamanda aradan qaldırılıb, hazırda sistem normal rejimdə çalışır:

“Texniki problem səbəbindən ödənişlə bağlı hər hansı problemlər yarandığı təqdirdə sərnişinlər 1822 Əlaqə Mərkəzinə müraciət edə, müvafiq məlumatları araşdırma üçün təqdim edə bilərlər. Əlavə ödənişlə bağlı faktlar təsdiqini tapdıqda vəsait gün ərzində sərnişinin hesabına geri qaytarılır”.

Nəqliyyat eksperti Samuran Səmədbəylinin sözlərinə görə, ödəmə terminallarında baş verən problemlə əlaqədar heç bir formada ödəniş etmək mümkün deyilsə, o zaman sərnişinlərin daşınması həyata keçirilməli və bu ödənişlər şirkət tərəfindən qarşılanmalıdır:

“Buna görə sərnişinlərin kartından sonradan hər hansı bir məbləğin tutulması düzgün hesab olunmur, çünki həmin anda bu xidmətdən istifadə edən sərnişinlərin müəyyən edilməsi qeyri-mümkündür. Sonradan sərnişinlərin kartından müəyyən məbləğin tutulması nə qanuni, nə də hüquqi müstəvidə öz əksini tapmayıb”. 

Скопировано
Övladımı da özüm kimi böyüdəcəyəm | Qazinin ailəsində sevinc dolu anlar

Övladımı da özüm kimi böyüdəcəyəm | Qazinin ailəsində sevinc dolu anlar

Cəmiyyət
28 сентября 2024
Havanın keyfiyyəti sağlamlığımız üçün zərərlidir! – Elə fəsadları var ki...

Havanın keyfiyyəti sağlamlığımız üçün zərərlidir! – Elə fəsadları var ki...

Cəmiyyət
28 сентября 2024
Sürücülərin nəzərinə | Qırmızı işıqda qalmamaq üçün bu qaydanı bilməlisiniz - NECƏ OLMALIDIR?

Sürücülərin nəzərinə | Qırmızı işıqda qalmamaq üçün bu qaydanı bilməlisiniz - NECƏ OLMALIDIR?

Cəmiyyət
28 сентября 2024
“Yaralılar” təxliyə edildi, xüsusi təyinatlılara tapşırıq verildi | MN-dən məlumat

“Yaralılar” təxliyə edildi, xüsusi təyinatlılara tapşırıq verildi | MN-dən məlumat

Cəmiyyət
28 сентября 2024
Bağçada uşaqlara aşpaz baxırmış, qızım isə... | Aparıcı 2 yaşlı qızının ölümünə görə üsyan etdi

Bağçada uşaqlara aşpaz baxırmış, qızım isə... | Aparıcı 2 yaşlı qızının ölümünə görə üsyan etdi

Cəmiyyət
28 сентября 2024
Ayda 6 kq arıqlaya bilərsiniz, amma... | Mədə balonu partlaya bilər? - BAKU MED

Ayda 6 kq arıqlaya bilərsiniz, amma... | Mədə balonu partlaya bilər? - BAKU MED

Cəmiyyət
28 сентября 2024
Cəbrayıllıların duyğulu anları | Bütün ömrümü orada yaşadığım illərə qurban verərdim

Cəbrayıllıların duyğulu anları | Bütün ömrümü orada yaşadığım illərə qurban verərdim

Cəmiyyət
28 сентября 2024
Sərxan Sərxan hit mahnılarını ifa etdi | Özümü səhnənin tələblərinə uyğun saxlayıram

Sərxan Sərxan hit mahnılarını ifa etdi | Özümü səhnənin tələblərinə uyğun saxlayıram

Cəmiyyət
28 сентября 2024
Müharibə zonasında necə sağ qalmaq olar? - "Global Media Group"un təlimində həyəcanlı anlar

Müharibə zonasında necə sağ qalmaq olar? - "Global Media Group"un təlimində həyəcanlı anlar

Cəmiyyət
28 сентября 2024
Hüzr yerində olanda eşitdik ki... | Şəhid Vüsal Omarovun yoldaşından ürəkağrıdan sözlər

Hüzr yerində olanda eşitdik ki... | Şəhid Vüsal Omarovun yoldaşından ürəkağrıdan sözlər

Cəmiyyət
28 сентября 2024
Выбранные
icon