Выбрать плеер:
Sürücülər təhlükəni gözə alıb bu yola çıxırlar | Paytaxt ərazisində gizli “ölüm tələsi”
“Necə olmalıdır?” rubrikasının yeni buraxılışında Təbriz və Nemət Quliyev küçələrinin kəsişməsində yol hərəkətinin təşkilindəki problemlərdən bəhs olunub.
Bildirilib ki, ərazidə yanacaqdoldurma məntəqəsinin yanından sola dönmək istəyənlər üçün “stop” xəttinin olmaması və görüntünü məhdudlaşdıran maneə toqquşma riskini artırır.
Bundan əlavə, Təbriz küçəsindən sola dönən sürücülər 1.11 üfüqi nişanlanma xətti səbəbindən dayanaraq yolun boşalmasını gözləyirlər ki, bu da sıxlıq yaradır.
Скопировано
