Cəmiyyət
Выбрать плеер:

Taksi sürücüsü olmaq istəyənlərin diqqətinə | AYNA tələbləri açıqladı

02 июля 2024

Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qurumdan qeyd edilib ki, yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi. Bu gündən sonra isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər.

“Həmçinin avtomobillərə “Avro-5” standartı tələbi də bu gündən qüvvəyə minir. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün idxal edilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir.

AYNA-nın məlumatına görə, bugünədək taksi fəaliyyəti üçün 11 696 “buraxılış kartı” alınıb, 24 482 sürücü təlimlərə cəlb edilib.

Həmçinin bildirilib ki, taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata keçirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb:

“İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək. Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq və xidmət keyfiyyəti artacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”.

Qeyd olunub ki, markasından asılı olmayaraq, standartlara cavab verən bütün nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilər.

Heç bir dayanacaqda kart yeri yoxdur | Ramana sakinlərinin bitməyən avtobus dərdi

Heç bir dayanacaqda kart yeri yoxdur | Ramana sakinlərinin bitməyən avtobus dərdi

Cəmiyyət
04 июля 2024
Qarpızın bazar qiyməti niyə aşağıdır? | Satıcılar narazılıq etdi

Qarpızın bazar qiyməti niyə aşağıdır? | Satıcılar narazılıq etdi

Cəmiyyət
04 июля 2024
Abituriyentlər imtahanda hansı suallardan qaçır? | Abituriyent - 2024

Abituriyentlər imtahanda hansı suallardan qaçır? | Abituriyent - 2024

Cəmiyyət
04 июля 2024
Deyirlər ki, qızımla pula görə evləndi | Məşhur tiktokerin anası | ARZUNUN VAXTI

Deyirlər ki, qızımla pula görə evləndi | Məşhur tiktokerin anası | ARZUNUN VAXTI

Cəmiyyət
04 июля 2024
Kiminsə işi rahat getsin deyə... | Sakinləri boğaza yığan məsələ

Kiminsə işi rahat getsin deyə... | Sakinləri boğaza yığan məsələ

Cəmiyyət
04 июля 2024
Azərbaycan Ordusunda döyüş hazırlığı təlimi | Zakir Həsənova məruzə edildi

Azərbaycan Ordusunda döyüş hazırlığı təlimi | Zakir Həsənova məruzə edildi

Cəmiyyət
04 июля 2024
Qarabağ Universitetində təhsil alacaq tələbələrə şad xəbər | Nazirdən açıqlama

Qarabağ Universitetində təhsil alacaq tələbələrə şad xəbər | Nazirdən açıqlama

Cəmiyyət
04 июля 2024
Azərbaycan Ordusunun ehtiyata buraxılan generalları kimdir?

Azərbaycan Ordusunun ehtiyata buraxılan generalları kimdir?

Cəmiyyət
04 июля 2024
Yoldakı tozun hamısı evin içindədir | Qazaxın bataqlığa çevrilən mərkəzi küçələri

Yoldakı tozun hamısı evin içindədir | Qazaxın bataqlığa çevrilən mərkəzi küçələri

Cəmiyyət
04 июля 2024
Erməni terrorunun qurbanı olan Zəhra və nənəsinin ölümündən 7 il ötür

Erməni terrorunun qurbanı olan Zəhra və nənəsinin ölümündən 7 il ötür

Cəmiyyət
04 июля 2024
Выбранные
icon