Выбрать плеер:

Təbii kürü adı ilə görün nə satılır | "Ağızda partlayır, dadında hiss edirsən ki..."- Baku TV

07 мая 2026 50 просмотров

Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.

Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedici sənədləri olmayıb və yararlılıq müddəti bitib.

Bu isə bir sual yaradır: saxta kürü nədir və onun insan sağlamlığı üçün hansı zərərləri var?

Qida eksperti Ağa Salamov bildirib ki, kürü növləri bir-birindən fərqlənir:

“Məsələn, alginatdan hazırlanan kürülər var. Bunlar təhlükəli hesab olunmur. Alginat dəniz yosunundan əldə edilən maddədir. Maye formasında olur və onun içinə damcı şəklində müxtəlif əlavələr, məsələn, şirələr əlavə etməklə kürü əldə etmək mümkündür. Bu məhsullar əsasən veqanlar üçün nəzərdə tutulur və ucuz sayılmır. Çünki alginatın özü kifayət qədər bahalı məhsuldur. Təbii kürünü ayırd etməyin yolları da var.

Təbii kürü ağızda asanlıqla partlayır və dəniz dadı hiss olunur. Jelatindən hazırlanan süni kürülər isə elastik olur, ağızda gec partlayır. Nəzərə almaq lazımdır ki, belə məhsulların tərkibində süni qida boyaları və konservantlar olur. Bu isə insan orqanizmində müxtəlif fəsadlara səbəb ola bilər”.

Скопировано
"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

Cəmiyyət
08 мая 2026 50 просмотров
Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Cəmiyyət
08 мая 2026 50 просмотров
“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

Cəmiyyət
08 мая 2026 50 просмотров
"Zəbt edib, bu adamı yerimdən çıxara bilmirəm!" - Göygöldə qalmaqallı torpaq davası - Baku TV

"Zəbt edib, bu adamı yerimdən çıxara bilmirəm!" - Göygöldə qalmaqallı torpaq davası - Baku TV

Cəmiyyət
08 мая 2026 50 просмотров
"Özümüzü o dövrdə hiss edirik" | Şuşada mədəni irsin təbliği üçün hansı addımlar atılır? - Baku TV

"Özümüzü o dövrdə hiss edirik" | Şuşada mədəni irsin təbliği üçün hansı addımlar atılır? - Baku TV

Cəmiyyət
08 мая 2026 50 просмотров
“Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV

“Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV

Cəmiyyət
08 мая 2026 50 просмотров
Blok imtahanlarına hazırlıqla bağlı sual-cavab - HANSI İXTİSAS?

Blok imtahanlarına hazırlıqla bağlı sual-cavab - HANSI İXTİSAS?

Cəmiyyət
08 мая 2026 50 просмотров
Qarabağın nadir incilərindən olan “İsa bulağı”ndan görüntülər - Baku TV

Qarabağın nadir incilərindən olan “İsa bulağı”ndan görüntülər - Baku TV

Cəmiyyət
08 мая 2026 50 просмотров
"Binalarımız bu tarixdə təhvil veriləcək" - Abadlaşan Şuşadan görüntülər - Baku TV

"Binalarımız bu tarixdə təhvil veriləcək" - Abadlaşan Şuşadan görüntülər - Baku TV

Cəmiyyət
08 мая 2026 50 просмотров
Bakıda sərnişin sıxlığını azaldacaq addım | “İnsanlar rahat hərəkət edə biləcək” - Baku TV

Bakıda sərnişin sıxlığını azaldacaq addım | “İnsanlar rahat hərəkət edə biləcək” - Baku TV

Cəmiyyət
08 мая 2026 50 просмотров
Выбранные
icon