Выбрать плеер:
Xaçmazda növbəti təmizlik aksiyası | Tədbirin keçirilməsində əsas məqsəd
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qudyalçayın rayon ərazisində keçən hissəsində növbəti təmizlik aksiyası keçirilib.
Aksiyada icra başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də könüllü gənclər iştirak ediblər.
Əraziyə işçi qüvvəsi ilə yanaşı, xeyli sayda xüsusi texnikalar cəlb olunub. Gün ərzində çayın ətrafı məişət və digər tullantılardan təmizlənib.
Tədbirin keçirilməsində məqsəd çayların çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsidir. Rayon ərazisində bu cür aksiyaların davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.
Скопировано
