Выбрать плеер:

“Yenidən onların üzərində dəfn edilib” | Goranboydakı nekropolda nələr üzə çıxdı? - Baku TV

03 августа 2026 144 просмотров

Fərqli formalı qablar, insan skeletləri, rəngarəng qolbaqlar, muncuqlar və digər qədim əşyalara aid tapıntılar Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə nekropolunda aşkarlanıb.

Tarixi məkanın eramızdan əvvəl XI-VIII əsrə aid olduğu bildirilir. Nekropolda arxeoloji tədqiqatlara 2007-ci ildən başlanılıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Müzəffər Hüseynovun sözlərinə görə, Muncuqlutəpə nekropolu Azərbaycanda bu dövrə aid ən zəngin qəbir abidələrindən biridir:

“Nekropolun təxminən 3100 il yaşı var. Hazırda 42 və 48 nömrəli qəbirlərdə tədqiqat işləri aparırıq. Ümumilikdə 2026-cı il ərzində yeddi qəbirdə arxeoloji qazıntılar həyata keçirmişik. Sahəsi bir hektardan artıq olan nekropolda apardığımız ilkin hesablamalara əsasən, mindən çox qəbir mövcuddur. Burada təxminən 300 il ərzində dəfn mərasimləri həyata keçirilib.

Nekropolda qoşa dəfnlərə, oturaq vəziyyətdə dəfnlərə, eləcə də əvvəlki məzarların üzərində sonrakı dövrlərdə yenidən aparılmış dəfnlərə rast gəlinir.

Burada ən çox aşkarlanan tapıntılar muncuqlardır. Vaxtilə ərazidə çoxlu sayda muncuğun tapılması da bu tarixi məkanın Muncuqlutəpə adlandırılmasına səbəb olub”.

Скопировано
"Yazsalar ki, cərimə 500 manatdır..." - Bu küçədə nəfəs almaq mümkün deyil - Baku TV

"Yazsalar ki, cərimə 500 manatdır..." - Bu küçədə nəfəs almaq mümkün deyil - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
Valideynlər imtahanlarda uğursuz olan övladları ilə necə davranmalıdırlar? - Baku TV

Valideynlər imtahanlarda uğursuz olan övladları ilə necə davranmalıdırlar? - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
"Dərməsək, heyifdir, xarab olur" | Qurum yayılan xəbərlərə necə reaksiya verdi? - Baku TV

"Dərməsək, heyifdir, xarab olur" | Qurum yayılan xəbərlərə necə reaksiya verdi? - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
"Görmədim, sərnişin icazəsiz etdi" | Belə təhlükə yaradanları hansı cəza gözləyir? - Baku TV

"Görmədim, sərnişin icazəsiz etdi" | Belə təhlükə yaradanları hansı cəza gözləyir? - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
Cəmiyyətdə sensasiya yaradan hadisə | "Sevgi evi"nin rəhbəri yenidən iş başında - Baku TV

Cəmiyyətdə sensasiya yaradan hadisə | "Sevgi evi"nin rəhbəri yenidən iş başında - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
Azərbaycana idxal olunan bir sıra yağlarda nələr aşkarlandı? - Baku TV CANLI

Azərbaycana idxal olunan bir sıra yağlarda nələr aşkarlandı? - Baku TV CANLI

Cəmiyyət
26 августа 2026 144 просмотров
“Qızıl Palıd Budağı” mükafatı uğrunda mübarizə

“Qızıl Palıd Budağı” mükafatı uğrunda mübarizə

Cəmiyyət
26 августа 2026 144 просмотров
Rəssamlıq sənətinin inciləri bir arada | "Bir İnci" sərgisindən maraqlı anlar - Baku TV

Rəssamlıq sənətinin inciləri bir arada | "Bir İnci" sərgisindən maraqlı anlar - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
Satışdan çıxarılan məhsullarda hansı pozuntular müəyyənləşdirilib? - Baku TV

Satışdan çıxarılan məhsullarda hansı pozuntular müəyyənləşdirilib? - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
Sosial şəbəkələri coşduran iddia | Böyürtkən yığmaq qadağandır, yoxsa cəriməsi var? - Baku TV

Sosial şəbəkələri coşduran iddia | Böyürtkən yığmaq qadağandır, yoxsa cəriməsi var? - Baku TV

Cəmiyyət
26 августа 2026 144 просмотров
Выбранные
icon