Выбрать плеер:

ABŞ-dən Qəşm adasına zərbə | Körfəzdə raket və dron hücumları davam edir - Baku TV

03 июня 2026 51 просмотров

ABŞ Ordusu İran tərəfindən buraxılan raket və PUA-ları ələ keçirdikdən sonra Qəşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Ordusu iyunun 2-də Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq özünümüdafiə məqsədilə bir neçə ballistik raketi, eləcə də dronları uğurla vurub”, – deyə bəyanatda bildirilib.

Komandanlıq vurğulayıb ki, İran beş raket atıb və heç biri hədəflərə dəyməyib, ABŞ Ordusu da üç dronu vurub. ABŞ Ordusu həmçinin Qəşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib.

İslam İnqilabı Keşikçiləri Korpusu isə Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki Amerika hava bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Qeyd olunub ki, korpus Hörmüz boğazı yaxınlığında İran neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-yə bağlı gəmiyə hücum edib.

Öz növbəsində ABŞ Mərkəzi Komandanlığı Küveytdəki Amerika qüvvələrinə qarşı İranın PUA hücumunu dəf etdiyini açıqayıb. “Küveytdəki ABŞ qüvvələrinə hücum etməyə çalışan İran dronlarının daha bir dalğası nəzərdə tutulan hədəflərə çata bilməyib. Mərkəzi Komandanlığın hava hücumundan müdafiə qüvvələri bir neçə dronu uğurla vurub”, – deyə qurum “X” hesabında paylaşım edib.

Qeyd olunub ki, Amerika hərbçilərindən heç biri xəsarət almayıb.

Скопировано
“Türklər əla yol tikirdilər, azərbaycanlılar da...” | Müharibədən sonra nələr olacaq? - Baku TV

“Türklər əla yol tikirdilər, azərbaycanlılar da...” | Müharibədən sonra nələr olacaq? - Baku TV

Dünya
04 июня 2026 51 просмотров
Neçə ukraynalı ölkəsini tərk edib? - Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri danışdı - Baku TV

Neçə ukraynalı ölkəsini tərk edib? - Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri danışdı - Baku TV

Dünya
04 июня 2026 51 просмотров
Rusiyadan Ermənistana səsverməyə gedənləri nə gözləyir? - ANA XƏBƏR

Rusiyadan Ermənistana səsverməyə gedənləri nə gözləyir? - ANA XƏBƏR

Dünya
04 июня 2026 51 просмотров
ABŞ hücumları bərpa edə bilər: Tehranın müəyyən etdiyi yeni hədəflər haradır? - AKTUAL GÜNDƏM

ABŞ hücumları bərpa edə bilər: Tehranın müəyyən etdiyi yeni hədəflər haradır? - AKTUAL GÜNDƏM

Dünya
04 июня 2026 51 просмотров
Ermənistan kritik seçim qarşısında | Moskvadan İrəvana xəbərdarlıq - Baku TV CANLI

Ermənistan kritik seçim qarşısında | Moskvadan İrəvana xəbərdarlıq - Baku TV CANLI

Dünya
04 июня 2026 51 просмотров
Xarkov və Xerson atəşə tutuldu: Ölən və yaralananlar var - Baku TV CANLI

Xarkov və Xerson atəşə tutuldu: Ölən və yaralananlar var - Baku TV CANLI

Dünya
04 июня 2026 51 просмотров
Amerika Birləşmiş Ştatları Prezidenti Türkiyəyə səfər edəcək - Baku TV CANLI

Amerika Birləşmiş Ştatları Prezidenti Türkiyəyə səfər edəcək - Baku TV CANLI

Dünya
04 июня 2026 51 просмотров
İran nüvə silahından əl çəkir? - Bu tarixdə hər şey dəyişə bilər - Baku TV

İran nüvə silahından əl çəkir? - Bu tarixdə hər şey dəyişə bilər - Baku TV

Dünya
04 июня 2026 51 просмотров
İsrail və Livan atəşkəs barədə razılığa gəldi

İsrail və Livan atəşkəs barədə razılığa gəldi

Dünya
04 июня 2026 51 просмотров
Kiyev Moskvaya ultimatum göndərdi

Kiyev Moskvaya ultimatum göndərdi

Dünya
04 июня 2026 51 просмотров
Выбранные
icon