“Türklər əla yol tikirdilər, azərbaycanlılar da...” | Müharibədən sonra nələr olacaq? - Baku TV
Ukraynada əmək miqrasiyası, miqrantların sayı və müharibədən sonrakı dövrdə ölkədə yaranacaq əmək bazarı ilə bağlı geniş müzakirələr aparılır.
Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko bildirib ki, əmək miqrasiyası təbii prosesdir və gələcəkdə də davam edəcək.
Onun sözlərinə görə, müharibədən əvvəl Ukraynada xarici vətəndaşlar üçün 21 mindən çox iş icazəsi verilmişdi. Hazırda isə bu göstərici 8-9 min civarındadır.
“Ukraynanın nə qədər işçi qüvvəsinə ehtiyacı olacağını yalnız müharibədən sonra dəqiq müəyyən etmək mümkün olacaq. Hərbçilər cəbhədən qayıtdıqdan, iqtisadiyyatın bərpası və tikinti işləri başladıqdan sonra hansı sahələrdə və nə qədər işçi qüvvəsinə ehtiyac olduğu aydın görünəcək”, – deyə Naumenko qeyd edib.
O vurğulayıb ki, ixtisaslı işçi qüvvəsinin hansı ölkədən gəlməsi əsas məsələ deyil. Əsas olan insanların Ukraynada işləməsi və ölkənin inkişafına töhfə verməsidir.
“Şəxsən mən Ukrayna ilə tarixi və dostluq əlaqələri olan, əmək bazarımıza uzun illərdir inteqrasiya olunmuş ölkələrdən gələn mütəxəssislərə üstünlük verərdim. Məsələn, müharibədən əvvəl türklər yol tikintisində uğurla çalışırdılar, azərbaycanlılar biznes sahəsində fəal idilər, belaruslar isə peşəkar həkimlər kimi tanınırdılar. Eyni zamanda istəyirəm ki, Ukraynaya gələn hər bir şəxs hansı ölkəyə gəldiyini, burada onu hansı şəraitin gözlədiyini və ölkədə qalma qaydalarını əvvəlcədən bilsin və qəbul etsin”, – deyə o əlavə edib.
Тег #Ukrayna Dövlət Miqrasiya Xidməti используется
