ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Küveytə 1,98 milyard dollar dəyərində potensial hava hücumundan müdafiə sistemlərinin satışını təsdiqləyib.
Bu barədə qurumun mətbuat xidməti məlumat verib.
"ABŞ Dövlət Departamenti Küveyt hökumətinə Xarici Hərbi Satış proqramı çərçivəsində pilotsuz uçuş aparatlarına (PUA) qarşı platformaların və əlaqəli avadanlıqların alınması üçün hərbi texnikanın mümkün satışını təsdiqləyib", – deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, PUA-ya qarşı platformaların alınması Küveyt hökuməti tərəfindən tələb olunub.
Proqrama "Roadrunner-Munnition" və "Anvil-Kinetic" platformaları, buraxılış qurğuları, müxtəlif qüllələr, proqram təminatının hazırlanması, sənədləşdirmə, ABŞ hökumətinə və podratçılara mühəndislik, texniki və logistika xidmətləri, eləcə də digər logistika və proqram təminatı dəstək elementləri daxil olacaq.
Тег #ABŞ Dövlət Departamenti используется
- "Reuters": ABŞ BMT-dəki Fələstin diplomatlarının vizalarını ləğv etməklə hədələyir
- Amerikalı nüməyəndələr Ermənistana niyə səfər etdi?
- Məxfi məlumatlarla mərc edən diplomatlara xəbərdarlıq edilib
- ABŞ Dövlət Departamentinin bəyanatına Azərbaycan XİN-dən reaksiya - Baku TV
- ABŞ İranın Azərbaycana qarşı PUA hücumlarını pislədi - Baku TV
