Выбрать плеер:

"Reuters": ABŞ BMT-dəki Fələstin diplomatlarının vizalarını ləğv etməklə hədələyir

21 мая 2026 99 просмотров

ABŞ BMT-dəki Fələstin diplomatlarının vizalarını ləğv etməklə hədələyərək Fələstinin təşkilatdakı daimi müşahidəçisi Riyad Mənsurun Baş Assambleya sədrinin müavini postuna namizədliyini geri götürməsinə nail olmağa çalışır.

Bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, mayın 20-də ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşları Vaşinqtonun Riyad Mənsurun BMT Baş Assambleyası sədrinin müavini postuna namizədliyinin “gərginliyi artırdığı” və ABŞ Prezidenti Donald Trampın Qəzza planını təhlükə altına qoyduğu barədə Fələstin tərəfini məlumatlandırmaq göstərişi olan teleqram alıblar.

Sənəddə qeyd olunub ki, Fələstin nümayəndə heyəti namizədi geri çəkməsə, ABŞ Fələstin Milli Administrasiyasını məsuliyyətə cəlb edəcək.

Vaşinqton həmçinin BMT-dəki Fələstin nümayəndəliyinin üzvlərinin vizalarının ləğvini istisna etməyib.

Agentlik xatırladıb ki, Riyad Mənsur daha əvvəl BMT Baş Assambleyasının sədri postuna namizədliyini geri götürmüşdü. Bununla belə, ABŞ onun daha aşağı vəzifəyə seçilməsinin belə bəzi iclaslara sədrlik etməsinə səbəb ola biləcəyindən ehtiyat edir.

Bundan əvvəl Vasili Nebenzya ABŞ-ni BMT-nin qərargahının yerləşdiyi ölkə statusundan sui-istifadə etməkdə ittiham etmişdi.

Скопировано
ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

Dünya
06 июня 2026 99 просмотров
ABŞ lideri Qüds və bütün Fələstinin Patriarxı ilə görüşdü | Nələr müzakirə edildi?

ABŞ lideri Qüds və bütün Fələstinin Patriarxı ilə görüşdü | Nələr müzakirə edildi?

Dünya
06 июня 2026 99 просмотров
Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Dünya
06 июня 2026 99 просмотров
Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Dünya
06 июня 2026 99 просмотров
Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Dünya
06 июня 2026 99 просмотров
185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

Dünya
06 июня 2026 99 просмотров
Albanlar Baş nazirin istefasını tələb edir

Albanlar Baş nazirin istefasını tələb edir

Dünya
06 июня 2026 99 просмотров
Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Dünya
06 июня 2026 99 просмотров
"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

Dünya
06 июня 2026 99 просмотров
İki ölkə süni intellektə bir milyard vəsait ayırır

İki ölkə süni intellektə bir milyard vəsait ayırır

Dünya
06 июня 2026 99 просмотров
Выбранные
icon