ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
Узнавайте о новостях первыми
ABŞ Prezidenti Donald Tramp bir tərəfdən Rusiya–Ukrayna müharibəsinin nizamlanması istiqamətində irəliləyiş əldə olunduğunu bildirir, digər tərəfdən isə İrana qarşı yeni hərbi əməliyyatların mümkünlüyünü istisna etmir.
Vaşinqtonun Yaxın Şərqdə hərbi hazırlıqları gücləndirməsi və Trampın sərt bəyanatları regionda gərginliyi artırır.
Bəs ABŞ-nin növbəti addımları qlobal siyasi mənzərəyə necə təsir edəcək?
Millət vəkili Tural Gəncəliyev hesab edir ki, Trampın İrana qarşı hərbi əməliyyatlar keçirəcəyi qaçılmazdır:
“Sadəcə, bu hərbi əməliyyatların tarixini dəqiqləşdirmək lazımdır. Ehtimal olunur ki, bu hücum Amerikada keçiriləcək aralıq seçkiləri ərəfəsində, yəni noyabr ayının əvvəllərində, seçki günü və ya seçkilərdən dərhal sonra baş versin. Çünki hazırda Respublikaçılar Partiyasının Amerikada reytinqi çox aşağıdır. Hesab edirəm ki, ABŞ ictimaiyyətinin diqqətini başqa məsələyə yönəltmək üçün seçkilər ərəfəsində İrana qarşı hərbi əməliyyat başladılacaq. Artıq bunun üçün bütün resurslar Yaxın Şərqdə toplanıb”.
Тег #Tural Gəncəliyev используется
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- Bərdəyə ilk raket hücumunun törədilməsindən altı il keçir - Baku TV
- Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV
- Ermənistanla yekun sülhün imzalanmamasının səbəbi | Millət vəkilindən açıqlama
- Tural Gəncəliyev Ermənistanda revanşist qüvvələri gücləndirən məqamlardan danışdı
