ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
“Mənə Fransanı xilas etmək üçün Donald Tramp kimi böyük qardaş lazım deyil”.
Bunu Fransanın ultrasağ partiyası “Milli Birliy”in lideri Jordan Bardella deyib.
“Mən fransızam, buna görə də vassallıq xoşuma gəlmir. Mənə ölkəmin taleyini həll etmək üçün D.Tramp kimi böyük qardaş lazım deyil”, – siyasətçi bildirib.
J.Bardella Donald Trampın Avropa İttifaqının miqrasiya siyasətini “fəlakətli” adlandırması ilə razılaşsa da, ABŞ-nin Fransanın daxili işlərinə mümkün müdaxiləsinə etiraz edib.
“Doğrudur, kütləvi miqrasiya və liderlərimizin səhlənkarlığı bu gün Avropa cəmiyyətində qüvvələr balansını pozur”, – fransız siyasətçi D.Trampın daha bir fikri ilə də razılaşıb.
Qeyd edək ki, Jordan Bardella son dövrdə keçirilmiş sorğularda Fransada prezidentliyə mümkün namizədlər arasında liderlik edir.
