Roma Papası Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib - Baku TV
"Ukraynada prezident seçkiləri keçirməyin vaxtı çatıb".
Bunu ABŞ Prezidenti Donald Tramp "Politico"nun suallarını cavablandırarkən deyib.
"Düşünürəm ki, Ukraynada seçki keçirməyin tam zamanıdır. Onlar bundan qaçmaq üçün müharibədən istifadə edirlər. Amma fikrimcə, Ukrayna xalqının belə bir seçkisi olmalıdır. Bəlkə də Zelenski bu prezident seçkilərində qalib oldu", – deyə ABŞ lideri bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın danışıqlardakı mövqeyi Ukraynanınkından güclüdür: "Ukrayna münaqişədə çoxlu ərazi itirərək uduzmaqdadır".
Donald Tramp vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmayacağı barədə təsəvvürlər çoxdan mövcud idi.
ABŞ Prezidenti eyni zamanda Avropa İttifaqını tənqid edib və deyib ki, onlar yalnız danışmaqla məşğuldurlar, münaqişəni həll etmək üçün heç bir iş görmürlər.
Qeyd edək ki, İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 9-da Roma Papası XIV Leo ilə görüşüb. Görüş zamanı tərəflər Rusiya-Ukrayna münaqişəsi, hərbi əsirlərin mübadiləsi və digər məsələləri müzakirə ediblər. Roma Papası Ukraynadakı müharibə ilə bağlı söhbət zamanı hərbi əməliyyatların dayandırılmasının və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
