ABŞ-də universitetdə atışma oldu
ABŞ-nin Kentukki ştatında yerləşən Dövlət Universitetində atışma baş verib.
Silahlı insident nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə ağır yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə ştatın qubernatoru məlumat yayıb. Qeyd edilib ki, universitet şəhərciyində atışma ilə bağlı polisə məlumat daxil olub və dərhal əraziyə hüquq-mühafizə əməkdaşları cəlb edilib.
Səlahiyyətlilər bildiriblər ki, Frankfort Polis İdarəsi və əyalət şerifinin müavinləri şübhəlini qısa müddətdə nəzarətə götürüb. Hadisədən sonra universitet ərazisi təhlükəsizlik məqsədilə mühafizə altına alınıb.
Məlumata görə, şübhəli şəxs universitetin tələbəsi deyil, ölən və yaralanan isə tələbə olub. Atışmanın yaşayış binasının xaricində baş verdiyi bildirilir.
Тег #ABŞ используется
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
- Tramp səhhətinin pisləşməsi barədə yayılan xəbərlərə aydınlıq gətirdi
- ABŞ-də fəlakət | Evlər su altında qaldı
- Trampın təzyiqləri fonunda Zelenskini səbirli olmağa çağırdılar
- Aİ-nin yeni planlarında ABŞ olmayacaq? | İttifaqın gələcəyi necə olacaq? - Baku TV
