ABŞ-nin maliyyə blokadası iqtisadi vəziyyəti çətinləşdirib
Mayın 18-də Havana limanına Meksika və Uruqvayın göndərdiyi növbəti humanitar yardım partiyası çatıb.
Məlumata görə, limanda gəmini Kubanın Baş nazirinin müavini Oskar Peres Oliva Kubanın qida sənayesi və daxili ticarət nazirləri, Meksika və Uruqvayın Havanadakı səfirləri qarşılayıblar.
Qeyd olunub ki, humanitar yardıma ərzaq məhsulları və gigiyena vasitələri daxildir. Bu da ilk növbədə uşaqlara, yaşlılara və ehtiyacı olan ailələrə yönəldiləcək.
"Kuba ABŞ hökuməti tərəfindən respublikaya qarşı tətbiq edilən ticarət-iqtisadi və maliyyə blokadasının gücləndirilməsi ilə daha da ağırlaşan böyük iqtisadi çətinliklər yaşayır", – deyə Kubanın qida sənayesi naziri Alberto Lopes qeyd edib.
Meksikanın Kubadakı səfiri Miqel İqnasio Dias bildirib ki, bu, ilin əvvəlindən bəri Meksikanın Kubaya göndərdiyi artıq sayca 8-ci yardım partiyasıdır. Bu dəfə təşəbbüsə Uruqvay da qoşulub.
Qeyd edək ki, bu ilin yanvar ayının sonunda ABŞ administrasiyası adaya yanacaq tədarükünün tam blokadasına yönəlmiş tədbirlər elan etdikdən sonra Kubada vəziyyət kəskin şəkildə pisləşib.
Тег #Meksika используется
