Выбрать плеер:

ABŞ qoşunlarının Yaxın Şərq bazalarından çıxarılması planlaşdırılır - Baku TV

31 мая 2026 82 просмотров

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi İranla mümkün münaqişə fonunda Yaxın Şərqdə yerləşən və zərər görmüş bir sıra hərbi bazalardan qoşunların çıxarılması ehtimalını nəzərdən keçirir.

Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yekun qərar ABŞ Prezidenti Donald Trump tərəfindən ölkənin gələcək fəaliyyət istiqamətinə uyğun olaraq veriləcək.

“Biz regiondakı tərəfdaşlarımızla münasibətləri yüksək qiymətləndiririk. Bu qərarlar əldə olunacaq nəticələr əsasında qəbul ediləcək”, – deyə Heqset bölgədəki bəzi bazaların bərpasından imtina olunması və qoşunların həmin ərazilərdən çıxarılması ehtimalını şərh edərkən bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ qüvvələri hazırda mövqelərini qoruyur və İran münaqişənin nizamlanması ilə bağlı sazişi qəbul etməyəcəyi təqdirdə hərbi əməliyyatları yenidən başlamağa hazırdır.

Bununla yanaşı, o, Tehranın ABŞ ilə aparılan danışıqlar zamanı nüvə proqramı ilə bağlı ambisiyalarından imtina edəcəyinə inandığını bildirib.

“Prezident gələcəkdə bu qərarları hadisələrin necə inkişaf edəcəyinə əsasən verməli olacaq. Lakin əminəm ki, Amerika xalqının maraqlarına uyğun bir razılaşma əldə ediləcək”, – deyə Heqset vurğulayıb.

Скопировано
ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

Dünya
06 июня 2026 82 просмотров
Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Dünya
06 июня 2026 82 просмотров
Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Dünya
06 июня 2026 82 просмотров
Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Dünya
06 июня 2026 82 просмотров
185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

Dünya
06 июня 2026 82 просмотров
Albanlar Baş nazirin istefasını tələb edir

Albanlar Baş nazirin istefasını tələb edir

Dünya
06 июня 2026 82 просмотров
Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Dünya
06 июня 2026 82 просмотров
"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

Dünya
06 июня 2026 82 просмотров
İki ölkə süni intellektə bir milyard vəsait ayırır

İki ölkə süni intellektə bir milyard vəsait ayırır

Dünya
06 июня 2026 82 просмотров
Rusiya Prezidenti Yaxın Şərqdəki vəziyyət barədə danışdı - Baku TV

Rusiya Prezidenti Yaxın Şərqdəki vəziyyət barədə danışdı - Baku TV

Dünya
06 июня 2026 82 просмотров
Выбранные
icon