Выбрать плеер:

Alen Delonun 300 milyonluq sərvəti uğrunda qızı və oğlu arasında mübahisə davam edir

12 декабря 2025 182 просмотров

Məşhur fransız aktyor Alen Delonun 300 milyon avroluq irsi uğrunda ailə mübahisəsi davam edir.

Onun kiçik oğlu Alen Fabiyen İsveçrə məhkəməsinə müraciət edərək bacısı Anuşkanın atalarının vəsiyyətindən çıxarılmasını tələb edib.

Alen Fabiyenin iddiasına görə, Delon 2019-cu ildə insult keçirdikdən sonra koqnitiv funksiyaları xeyli zəifləyib, bu barədə bir neçə həkim rəyi mövcuddur. O, 2022-ci ildə bacısının xeyrinə tərtib edilən yeni vəsiyyəti imzalayanda qeyri-səlahiyyətli vəziyyətdə olub. Həmin sənədlə Anuşkaya Alen Delon brendini idarə edən şirkətin 51% nəzarət paketi verilib.

Alen Fabiyen 2015-ci ildəki ilk vəsiyyəti mübahisələndirmək fikrində deyil. Kiçik oğul iddia edir ki, Anuşka atasını notariusa aparmağa israr edib. Məhz o, Delonun qərarlarına təsir göstərib. Aktyorun yaddaş problemlərini təsdiq edən tibbi sənədləri gizlədib.

Delonun ölümündən bir il sonra Alen Fabiyen məhkəməyə müraciət edib. O, gecikməni tibbi sənədlərə çıxışının olmaması ilə əsaslandırıb. Sentyabrda isə bacısı Anuşkanı və qardaşı Entonini rəsmi şəkildə bu iddia barədə məlumatlandırıb.

Söhbət təxminən 300 milyon avroluq irsdən gedir.

Son vəsiyyətə görə, aktyorun müəlliflik hüquqlarından gələn gəlirlər Anuşkaya keçir. Bu səbəbdən ailədaxili mübahisə böyük maliyyə paylarını əhatə edir.

Скопировано
ABŞ, Aİ VƏ Rusiya arasında güvən böhranı - Baku TV

ABŞ, Aİ VƏ Rusiya arasında güvən böhranı - Baku TV

Dünya
12 декабря 2025 182 просмотров
Pezeşkian və Putin arasında dəhliz söhbəti | Prezidentlər arasında qalmaqal - Baku TV

Pezeşkian və Putin arasında dəhliz söhbəti | Prezidentlər arasında qalmaqal - Baku TV

Dünya
12 декабря 2025 182 просмотров
Ərdoğan Aşqabadda Vladimir Putin və Şahbaz Şəriflə görüşdü

Ərdoğan Aşqabadda Vladimir Putin və Şahbaz Şəriflə görüşdü

Dünya
12 декабря 2025 182 просмотров
Britaniya hökuməti əhalini müharibəyə hazırlayır

Britaniya hökuməti əhalini müharibəyə hazırlayır

Dünya
12 декабря 2025 182 просмотров
Zelenski Kupyansk şəhərindən video paylaşdı

Zelenski Kupyansk şəhərindən video paylaşdı

Dünya
12 декабря 2025 182 просмотров
Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Dünya
12 декабря 2025 182 просмотров
Ukrayna Xəzər dənizində hərbi əməliyyat keçirdi - 24 SAAT

Ukrayna Xəzər dənizində hərbi əməliyyat keçirdi - 24 SAAT

Dünya
12 декабря 2025 182 просмотров
İkinci mərhələdə İsrail və Fələstini nə gözləyir?

İkinci mərhələdə İsrail və Fələstini nə gözləyir?

Dünya
12 декабря 2025 182 просмотров
Böyük Britaniyada muzeydən oğurluq edildi

Böyük Britaniyada muzeydən oğurluq edildi

Dünya
12 декабря 2025 182 просмотров
Aomori prefekturasında 6,7 bal gücündə zəlzələ olub | Yaponiya

Aomori prefekturasında 6,7 bal gücündə zəlzələ olub | Yaponiya

Dünya
12 декабря 2025 182 просмотров
Выбранные
icon