Выбрать плеер:
Antoniu Koşta dinc və firavan Cənubi Qafqazın önəmindən danışdı
“Dinc və firavan Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsi üçün həyati önəm daşıyır”.
Bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Astanaya səfəri zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
O, BMT Nizamnaməsini və beynəlxalq hüquq prinsiplərinə əsaslanan qayda-qanunu ardıcıl surətdə müdafiə etdiyinə görə Qazaxıstana dərin minnətdarlığını bildirib.
Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta həmçinin Qazaxıstanın regional sabitliyin təmin olunmasında fəal və konstruktiv rolunu, xüsusən də Ermənistan və Azərbaycan arasında münaqişənin həlli işinə verdiyi dəstəyi alqışladığını qeyd edib.
Скопировано
