Avropadan Moskvaya qarşı sərt addım | Sanksiyaların müddəti uzadıldı - Baku TV
Avropa İttifaqı Şurası Rusiyanın Ukraynadakı vəziyyəti sabitsizləşdirən fəaliyyəti ilə əlaqədar tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müddətini daha 12 ay – 2027-ci il iyulun 31-nə qədər uzadıb.
Bu barədə "Interfax" agentliyi məlumat yayıb.
Bildirilir ki, bu qərar Aİ liderlərinin 2026-cı il iyunun 18-19-da keçirilən iclasındakı siyasi razılaşmadan sonra qəbul edilib. Həmin iclasda Aİ-yə üzv ölkələrin rəhbərləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin bir il artırılması barədə razılığa gəlmişdilər.
Xatırladaq ki, ilk dəfə 2014-cü ildə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırkı sanksiyalar ticarət, maliyyə, energetika və ikili təyinatlı texnologiyalar daxil olmaqla, iqtisadiyyatın əsas sektorlarını əhatə edir.
Aİ Şurasının yaydığı məlumatda vurğulanıb ki, qurum sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün xüsusi tədbirlər görür. İttifaq mövcud məhdudiyyətləri qoruyub saxlamaqla yanaşı, zərurət yarandığı təqdirdə əlavə sanksiyalar qəbul etməyə də hazırdır.
Тег #Avropa İttifaqı Şurası используется
- Daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir | Prezident İlham Əliyev - Baku TV
- Aİ Şurasının prezidentindən Azərbaycana dəstək - Baku TV
- Prezident İlham Əliyevin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu
- Prezidentin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu - Baku TV
- Prezident və Koştanın bəyanatlarla çıxışı
