Dəniz blokadası davam edir | ABŞ ordusu gəmiləri buraxmır - Baku TV
Son sutka ərzində İran limanlarına gedən və ya oradan çıxan heç bir gəmi tətbiq edilən dəniz blokadasını yarıb keçə bilməyib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" hesabında paylaşım edib.
Məlumata görə, əməliyyatda 10 mindən çox ABŞ hərbçisi, onlarla hərbi gəmi və təyyarə iştirak edir. Bildirilir ki, ilk 24 saat ərzində 6 ticarət gəmisi ABŞ qüvvələrinin tələbi ilə geri dönərək Oman körfəzində yerləşən İran limanlarına qayıdıb.
KİV isə ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatın bitdiyini elan etməsi ilə bağlı məlumat paylaşıb. Bildirilir ki, dövlət başçısı ilə söhbəti zamanı Prezidentin İranla müharibədən keçmiş zamanda danışdığını qeyd edib. O həmçinin İranla növbəti danışıqların başqa məkanda, o cümlədən Avropada keçirilə biləcəyini bildirib.
Tramp qeyd edib ki, hazırda danışıqların yerinin dəyişdirilməsi variantı nəzərdən keçirilir və Türkiyədə keçirilməsi planlaşdırılmır.
