“Partlayış oldu, bəzilərinin başı, ayağı...” - Paytaxta dəhşətli zərbə | Ukrayna - Baku TV
16 aprel gecəsindən səhərə qədər Ukrayna paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb. Nəticədə, paytaxtın bir neçə rayonu ciddi dağıntılara uğrayıb.
Podol, Şevçenko və Obolon ərazilərinə hücumların nəticəsində ölü sayı altıya, yaralananların sayı isə altmış nəfərə çatıb. Ölənlərdən üçü polis əməkdaşıdır. Onlar gecə xidməti zamanı avtomobil dayanacağında olduqları vaxt zərbələrə tuş gəliblər.
Kiyev sakinlərindən biri belə deyib:
“Siren səsi eşidildi. Biz tez geyinməyə başladıq və pilləkən qəfəsinə qaçmağa macal tapdıq. Bir partlayış oldu, sonra ikinci partlayış. Qonşuların hamısı birinci mərtəbəyə enməyə başladılar. Qışqırırdılar. Bir çoxunun bədənində qəlpə yaraları vardı. Kiminin başına, kiminin ayağına dəymişdi. Pilləkən qəfəsi tamamilə qan içində idi”.
Başqa bir sakin isə qeyd edib:
“Çox bərk qorxduq. Düz gecə saat 3-ə 20 dəqiqə qalmış birinci zərbə oldu. Bir dəqiqə sonra ikinci zərbə. Hər şey tökülməyə, dağılmağa başladı. Yaxşı ki, mən uşağımı götürüb qaçdım. Qonşularımızdan zərər çəkən yoxdur”.
Тег #Raket hücumu используется
- Türkiyəyə ballistik raket atılmasını qətiyyətlə pisləyirik | Azərbaycan Müdafiə Nazirliyi
- İran Ordusundan Türkiyəyə raket hücumu | Ölkənin Müdafiə Nazirliyi məlumat yaydı - ANA XƏBƏR
- İran İsraildə bu obyektləri vurdu
- Yaxın Şərq münaqişəsində yeni dalğa | SEPAH dünyaya elan etdi - Baku TV
- Buşehr AES ərazisinə zərbə endirilib | ABŞ Tehrana kritik zərbə vuracaq? - Baku TV
