Выбрать плеер:
İranda ordu döyüşə hazır vəziyyətə gətirildi
“İran Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətindədir. Bütün ssenariyə hazırıq. İstənilən hücuma və ya təxribata sərt və qətiyyətli cavab veriləcək”.
Bunu İranın müdafiə naziri vəzifəsini icra edən general-mayor Seyid Məcid ibn əl-Rza deyib.
Rusiya İranın “Buşehr” Atom Elektrik Stansiyasından bütün əməkdaşlarını, demək olar ki, təxliyə etdiyini açıqlayıb.
“Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçevin sözlərinə görə, stansiyadan 108 işçi evakuasiya edilib, 20 nəfər isə avadanlıqlara nəzarət etmək üçün müəssisədə saxlanılıb.
Lixaçev vurğulayıb ki, işçilərin təxliyəsi İran hakimiyyəti ilə koordinasiya olunub.
Скопировано
