Donald Tramp Çinə sərt xəbərdarlıq etdi - Baku TV
ABŞ Prezidenti Donald Tramp Çinə İrana silah satışı ilə bağlı xəbərdarlıq edib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb:
"Əgər Çin bunu edərsə, böyük problemlə üzləşə bilər".
Qeyd edək ki, CNN İran hakimiyyətindəki mənbələrə istinadən xəbər yayıb ki, Çin İrana Hava Hücumundan Müdafiə sistemləri verir və onlar yaxın həftələrdə çatdırılacaq.
Vaşinqtondakı Çin səfirliyi TASS-ın sorğusuna cavab olaraq CNN-in bu məlumatını təkzib edib:
"Çin heç vaxt münaqişənin heç bir tərəfinə silah tədarük etməyib və verilən məlumat doğru deyil. Çin məsuliyyətli böyük bir güc olaraq beynəlxalq öhdəliklərini yerinə yetirir. Biz Amerika tərəfini əsassız ittihamlardan, zərərli fərziyyələrdən və sensasiyadan çəkinməyə çağırırıq. Ümid edirik ki, əlaqəli tərəflər gərginliyi azaltmaq üçün daha çox səy göstərəcəklər".
Тег #Donald Tramp используется
- Müharibə hədəsi artıq İrana təsir etmir? | Trampın planı işləmir? - Baku TV CANLI
- İrana qarşı dəniz blokadası tətbiq ediləcək? | Trampdan Tehrana xəbərdarlıq - Baku TV
- Donald Tramp Çinə sərt xəbərdarlıq etdi - Baku TV CANLI
- İslamabaddakı danışıqların nəticəsi əhəmiyyətsizdir | Donald Tramp - Baku TV
- Bu gecə həlledici olacaq: Tramp hərbi əməliyyatların anonsunu verdi - AKTUAL GÜNDƏM
