Выбрать плеер:

Pakistanda keçirilən ABŞ və İran danışıqları başa çatdı - Baku TV

12 апреля 2026 26 просмотров

İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqların ilk günü 14 saatlıq intensiv məsləhətləşmələrdən sonra başa çatıb. ABŞ tərəfi görüşdə özünün son sülh təkliflərini təqdim edib.

Bunu Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vens danışıqların yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indi qərar Tehrandan asılıdır.

“Biz buradan çox sadə bir təklif qoyaraq ayrılırıq. Söhbət bizim yekun və Tehran üçün ən sərfəli təklifimiz olan anlaşma metodundan gedir”, – deyə o bəyan edib.

Vens tərəflərin yekun razılığa gələ bilmədiklərini vurğulayıb:

“İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik. Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik”.

ABŞ-nin vitse-prezidenti həmçinin qeyd edib ki, İran Birləşmiş Ştatların şərtlərini qəbul etməmək qərarına gəlib.

“Biz qırmızı xətlərimizin haradan keçdiyini, onlara doğru hansı addımları atmağa hazır olduğumuzu və nələrə hazır olmadığımızı mümkün qədər aydın şəkildə ifadə etdik. Onlar isə bizim şərtlərimizi qəbul etməməyi seçdilər”, – deyə Vens əlavə edib.

Скопировано
Müharibə hədəsi artıq İrana təsir etmir? | Trampın planı işləmir? - Baku TV CANLI

Müharibə hədəsi artıq İrana təsir etmir? | Trampın planı işləmir? - Baku TV CANLI

Dünya
12 апреля 2026 26 просмотров
ABŞ və İran arasında gərgin dialoq

ABŞ və İran arasında gərgin dialoq

Dünya
12 апреля 2026 26 просмотров
Macarıstanda parlament seçkiləri keçirilir

Macarıstanda parlament seçkiləri keçirilir

Dünya
12 апреля 2026 26 просмотров
İsraillilər müharibənin bitməsini tələb edirlər

İsraillilər müharibənin bitməsini tələb edirlər

Dünya
12 апреля 2026 26 просмотров
Beyrut sakinlərindən İsraillə danışıqlara etiraz

Beyrut sakinlərindən İsraillə danışıqlara etiraz

Dünya
12 апреля 2026 26 просмотров
175 ukraynalı hərbi əsir azad edilib

175 ukraynalı hərbi əsir azad edilib

Dünya
12 апреля 2026 26 просмотров
Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib

Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib

Dünya
12 апреля 2026 26 просмотров
İsrail XİN Netanyahunun heykəlini partladan İspaniyanı tənqid etdi

İsrail XİN Netanyahunun heykəlini partladan İspaniyanı tənqid etdi

Dünya
12 апреля 2026 26 просмотров
"Artemis II" kapsuluna uçuşdan sonra texniki baxış

"Artemis II" kapsuluna uçuşdan sonra texniki baxış

Dünya
12 апреля 2026 26 просмотров
İran Baş naziri videomüraciət etdi

İran Baş naziri videomüraciət etdi

Dünya
12 апреля 2026 26 просмотров
Выбранные
icon