Выбрать плеер:

Pakistan danışıqlarının nəticəsi necə olacaq? - Baku TV

11 апреля 2026 53 просмотров

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran təmsilçiləri arasında həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə iki fərqli formatda müzakirələrin baş tutacağı planlaşdırılır.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, ilk mərhələdə tərəflər müzakirə olunacaq məsələlərin gündəliyini vasitəçi rolunu oynayan Pakistan rəsmilərinin köməyi ilə razılaşdıracaqlar. Bu mərhələdən sonra nümayəndələr bilavasitə danışıqlara başlayacaqlar.

ABŞ və İran arasındakı bu təmaslar İslamabadda Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi altında reallaşacaq. ABŞ tərəfindən heyətə vitse-prezident Ceyms Devid Vens başçılıq edəcək. Heyətin tərkibinə həmçinin Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.

İran heyətində isə ölkənin xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqer Qalibaf yer alır. Bildirilir ki, hər iki ölkənin nümayəndə heyətləri artıq İslamabaddadırlar.

Bu arada ABŞ Prezidenti Donald Tramp danışıqların uğursuz olacağı təqdirdə İrana qarşı zərbələrin yenidən başladılacağını bildirib.

“Biz yenidən yükləmə mərhələsindəyik. Gəmilərimizi indiyə qədər olan ən yaxşı sursatlarla, əvvəllər istifadə etdiklərimizdən də daha yaxşı silahlarla təchiz edirik. Əgər razılıq əldə olunmasa, onları çox effektiv şəkildə tətbiq edəcəyik”, – deyə ABŞ lideri vurğulayıb. 

Скопировано
Müharibə hədəsi artıq İrana təsir etmir? | Trampın planı işləmir? - Baku TV CANLI

Müharibə hədəsi artıq İrana təsir etmir? | Trampın planı işləmir? - Baku TV CANLI

Dünya
12 апреля 2026 53 просмотров
ABŞ və İran arasında gərgin dialoq

ABŞ və İran arasında gərgin dialoq

Dünya
12 апреля 2026 53 просмотров
Macarıstanda parlament seçkiləri keçirilir

Macarıstanda parlament seçkiləri keçirilir

Dünya
12 апреля 2026 53 просмотров
İsraillilər müharibənin bitməsini tələb edirlər

İsraillilər müharibənin bitməsini tələb edirlər

Dünya
12 апреля 2026 53 просмотров
Beyrut sakinlərindən İsraillə danışıqlara etiraz

Beyrut sakinlərindən İsraillə danışıqlara etiraz

Dünya
12 апреля 2026 53 просмотров
175 ukraynalı hərbi əsir azad edilib

175 ukraynalı hərbi əsir azad edilib

Dünya
12 апреля 2026 53 просмотров
Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib

Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib

Dünya
12 апреля 2026 53 просмотров
İsrail XİN Netanyahunun heykəlini partladan İspaniyanı tənqid etdi

İsrail XİN Netanyahunun heykəlini partladan İspaniyanı tənqid etdi

Dünya
12 апреля 2026 53 просмотров
"Artemis II" kapsuluna uçuşdan sonra texniki baxış

"Artemis II" kapsuluna uçuşdan sonra texniki baxış

Dünya
12 апреля 2026 53 просмотров
İran Baş naziri videomüraciət etdi

İran Baş naziri videomüraciət etdi

Dünya
12 апреля 2026 53 просмотров
Выбранные
icon