İslamabaddakı danışıqların nəticəsi əhəmiyyətsizdir | Donald Tramp - Baku TV
ABŞ lideri Donald Tramp bəyan edib ki, İranla Pakistanda keçirilən danışıqların nəticəsi onu narahat etmir. Çünki Vaşinqton artıq bu müharibədən qalib çıxıb.
O bu barədə Ağ Evin qarşısında danışarkən deyib.
“Razılaşma əldə edib-etməyəcəyimizin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, biz qalib gəldik”, – Donald Tramp deyib və əlavə edib ki, ABŞ İranı tamamilə darmadağın edib.
O, Birləşmiş Ştatların İranın Hərbi Dəniz Qüvvələrini, Hərbi Hava Qüvvələrini və rəhbərliyini məhv etməsi, hazırda isə Hörmüz boğazından sərbəst keçidin təmin olunması üzərində işləməsi barədə əvvəlki iddialarını təkrarlayıb.
“Özümüz istifadə etməsək də, boğazı açacağıq, çünki ondan dünyada ya qorxan, ya zəif olan, ya da xəstəlik edən bir çox ölkələr istifadə edir. Məsələnin nədə olduğunu bilmirəm, lakin NATO bizə kömək etmədi”, – deyə Ağ Ev rəhbəri bəyan edib.
Bununla yanaşı, Donald Tramp İranla Pakistanda keçirilən danışıqların intensiv keçdiyini əlavə edib. O, görüşlərin saatlarla davam etdiyini və çoxlu məlumat aldığını qeyd edib.
