Выбрать плеер:

Doğum səviyyəsinin azalmasının nəticəsi | Yüzlərlə bağça bağlana bilər

15 августа 2025 452 просмотров

İsveçdə doğum səviyyəsinin kəskin azalması ölkəni ciddi demoqrafik böhranla üz-üzə qoyub. Mövcud mənfi tendensiya davam edərsə, növbəti 10 ildə ölkədə hər 10 uşaq bağçasından biri fəaliyyətini dayandıracaq.

Ölkə mətbuatının yazdığına görə, iki il əvvəl məktəbəqədər yaş qruplarında ilk azalma qeydə alınıb. Sundsvall bələdiyyəsinin məktəbəqədər təhsil müəssisələri şöbəsinin müdiri Mikael Nilsson Ritlinger bildirib ki, proses artıq üçüncü ildir davam edir.

"Bələdiyyələr çətin qərarlar qəbul etmək məcburiyyətində qalır. Biz valideynlər üçün narahatlığı minimuma endirməyə görə bağçaları yalnız digər məktəbəqədər müəssisələrin olduğu ərazilərdə bağlamağa çalışırıq", deyə şöbə müdiri əlavə edib.

Proqnozlara görə, 2024-2034-cü illər ərzində İsveçdə məktəbəqədər yaşlı uşaqların sayı 43 min nəfər azalacaq. Bu, təxminən 800 uşaq bağçasının bağlanması və yüzlərlə əməkdaşın işsiz qalması deməkdir. Təhsil sistemi də zərbə alacaq 2032-ci ilə qədər 6-15 yaş arası şagirdlərin sayının da kəskin azalacağı gözlənilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, tendensiya dəyişməsə, isveçlilərin hər yeni nəsli əvvəlkindən 30% az olacaq. Bu isə əmək qabiliyyətli əhalinin azalması, sosial xərclərin artması və vergi daxilolmalarının zəifləməsi kimi ciddi sosial-iqtisadi nəticələr doğuracaq.

Скопировано
ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

Dünya
06 июня 2026 452 просмотров
ABŞ lideri Qüds və bütün Fələstinin Patriarxı ilə görüşdü | Nələr müzakirə edildi?

ABŞ lideri Qüds və bütün Fələstinin Patriarxı ilə görüşdü | Nələr müzakirə edildi?

Dünya
06 июня 2026 452 просмотров
Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Dünya
06 июня 2026 452 просмотров
Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Dünya
06 июня 2026 452 просмотров
Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Dünya
06 июня 2026 452 просмотров
185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

Dünya
06 июня 2026 452 просмотров
Albanlar Baş nazirin istefasını tələb edir

Albanlar Baş nazirin istefasını tələb edir

Dünya
06 июня 2026 452 просмотров
Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Dünya
06 июня 2026 452 просмотров
"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

Dünya
06 июня 2026 452 просмотров
İki ölkə süni intellektə bir milyard vəsait ayırır

İki ölkə süni intellektə bir milyard vəsait ayırır

Dünya
06 июня 2026 452 просмотров
Выбранные
icon