Выбрать плеер:

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyanı 13 illik həbs gözləyir?

13 ноября 2025 317 просмотров

Gürcüstanın 3-cü prezidenti olmuş Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də tutulsa da, həbsxanada 6 aydan az vaxt keçirib. Buna səbəb onun səhhəti ilə bağlı klinikalara yerləşdirilməsidir.

Noyabrın 12-də onu “VivaMedi” Xəstəxanasından Rustavidəki həbsxanaya köçürüblər. Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

"Məhkumun sağlamlığı qənaətbəxş olduğu üçün stasionar müalicəyə ehtiyac duymur. Bu səbəbdən Mixeil Saakaşvili mülki sektora aid klinikadan penitensiar müəssisəyə köçürülüb və cəzasının qalan hissəsini çəkəcək", deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Tbilisidəki “VivaMedi”dən əvvəl Saakaşvili həbsxananın xəstəxanası və Qori Hərbi Hospitalında da müalicə alıb. O, 4 cinayət işi üzrə 12 il yarım həbs cəzasına məhkum edilib.

Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi, bank əməkdaşı Sandro Qirqvilianinin qətlinə görə tutulanların əfv edilməsi, dövlət vəsaitinin xərclənməsi və sərhədi qanunsuz keçməkdə günahlandırılır.

Bu arada, Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya 13 illik həbs oluna bilər. O, daxili işlər naziri olarkən vəzifə səlahiyyətlərini aşma və sağlamlığa ciddi ziyan vurmağın təşkilində ittiham olunur.

Qeyd edək ki, Giorgi Qaxariya 2025-ci ilin iyununda Gürcüstanı tərk edib və Almaniyada sığınacaq tapıb. Beynəlxalq qanunvericiliyə görə, Almaniya onu ekstradisiya etməyəcək və Qaxariyanın həbsi yalnız Gürcüstana qayıtsa, mümkünləşəcək.

Скопировано
Rusiyanı yeni hərbi təhdid gözləyir? | Putin açıqlama verdi

Rusiyanı yeni hərbi təhdid gözləyir? | Putin açıqlama verdi

Dünya
23 июня 2026 317 просмотров
Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi

Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi

Dünya
23 июня 2026 317 просмотров
İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM

İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
23 июня 2026 317 просмотров
Olimpiya Oyunlarında qadınlar arasında medallar yenidən bölüşdürüləcək

Olimpiya Oyunlarında qadınlar arasında medallar yenidən bölüşdürüləcək

Dünya
23 июня 2026 317 просмотров
ABŞ və İran daimi sülh üzrə razılaşıb, yoxsa regionu yeni gərginlik gözləyir? - Baku TV CANLI

ABŞ və İran daimi sülh üzrə razılaşıb, yoxsa regionu yeni gərginlik gözləyir? - Baku TV CANLI

Dünya
23 июня 2026 317 просмотров
ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır

ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır

Dünya
23 июня 2026 317 просмотров
“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

Dünya
23 июня 2026 317 просмотров
Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Dünya
23 июня 2026 317 просмотров
"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

Dünya
23 июня 2026 317 просмотров
Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Dünya
23 июня 2026 317 просмотров
Выбранные
icon