ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır
ABŞ hakimiyyəti 1912-ci ildə Atlantik okeanında batmış "Titanik" gəmisindən çıxarılan artefaktların hərrac vasitəsilə satışına qarşı çıxıb.
"Associated Press" agentliyinin məlumatına görə, gəminin qalıqlarından artefaktların çıxarılması üzrə müstəsna hüquqa malik "RMS Titanic" şirkəti sərnişin və ekipaj üzvlərinin şəxsi əşyalarını, mətbəx ləvazimatlarını və gəminin dekor elementlərini satışa çıxarmağı planlaşdırır.
Agentlik qeyd edir ki, şirkət daha əvvəl okeanın dibindən çıxarılan artefaktların yalnız muzeylərdə və səyyar sərgilərdə nümayiş etdiriləcəyinə razılıq vermişdi.
ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası isə hesab edir ki, bu əşyaların satışı tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərini pozur. Bu səbəbdən qurum məhkəməyə müraciət edərək hərracın keçirilməsinin qadağan olunmasını tələb edib.
Тег #ABŞ используется
- İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- Ərdoğanla Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə edib - Baku TV
- Hörmüz boğazı ilə bağlı qərar | İran genişmiqyaslı yoxlamalara razılıq verəcək? - Baku TV
- Vaşinqton rəsmisindən açıqlama | ABŞ-İran arasında son vəziyyət - Baku TV
- İsveçrədə keçirilən kritik görüşdə gərginlik hələ də qalmaqdadır - 24 SAAT
