Выбрать плеер:

İsrailin hava hücumları 1,38 milyard dollar ziyan vurub

23 июня 2026 34 просмотров

İsrailin hava hücumları Livanın cənubundakı mənzillərə 1,38 milyard dollar birbaşa ziyan vurub.

Bu barədə BMT-nin İnkişaf Proqramının hesabatında qeyd olunub.

"İsrailin hücumları səbəbindən Livanın cənubunda 11 095 bina tamamilə dağıdılıb, 2242 bina qismən zədələnib, 5219 bina isə kiçik ziyan görüb", deyə hesabatda bildirilir.

Sosial İşlər Nazirliyinin məlumatına görə, Livanda hərbi əməliyyatlar səbəbindən didərgin düşənlərin sayı 963 497 nəfərə çatıb ki, bu da ümumi əhalinin 16%-ni təşkil edir. 160 000-dən çox vətəndaş isə tamamilə evsiz qalıb.

Bu arada, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Livanda atəşkəslə bağlı irəliləyiş əldə olunub. O, İsrailin özünümüdafiə haqqını vurğulayaraq, "Hizbullah"ın hədəfə alınmasına bəraət qazandırıb.

"Əlbəttə ki, İsrail buna cavab verməlidir. Amma bu hücumlara Livan, İsrail və "Hizbullah" arasında gedən danışıqlar nəzərə alınaraq, cavab verilsə, vəziyyət daha dinc olar. Ötən 24 saat bəlkə də Livanın gördüyü ən dinc durum idi, üç sutka əvvəl orada atışmalar baş verirdi. Beləliklə, tədricən irəliləyiş əldə olunur", deyə Vens bildirib.

O, İsrailin Livan ərazisini ələ keçirmək niyyətində olmadığını, sadəcə özünü cənubi Livanda olan "Hizbullah" döyüşçülərindən qorumağa çalışdığını vurğulayıb.

"Düşünürəm ki, həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik", deyə Vens əlavə edib.

Скопировано
“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

Dünya
23 июня 2026 34 просмотров
Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Dünya
23 июня 2026 34 просмотров
"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

Dünya
23 июня 2026 34 просмотров
Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Dünya
23 июня 2026 34 просмотров
"Günəşi görən kimi gur alqışlar ucaldı" | Arxeoloq

"Günəşi görən kimi gur alqışlar ucaldı" | Arxeoloq

Dünya
23 июня 2026 34 просмотров
Silahlı şəxs ziyarətçiləri güllələyib

Silahlı şəxs ziyarətçiləri güllələyib

Dünya
23 июня 2026 34 просмотров
“Akropolu görmək bizim çoxdankı arzumuz idi” | Turist

“Akropolu görmək bizim çoxdankı arzumuz idi” | Turist

Dünya
23 июня 2026 34 просмотров
Ermənistanın son etdikləri Rusiyanı özündən çıxardı - Baku TV CANLI

Ermənistanın son etdikləri Rusiyanı özündən çıxardı - Baku TV CANLI

Dünya
23 июня 2026 34 просмотров
Qətər nəzarət mexanizminin yaradılmasına kömək edəcək

Qətər nəzarət mexanizminin yaradılmasına kömək edəcək

Dünya
23 июня 2026 34 просмотров
237 milyon il əvvəl yaşamış nəhəngin qalıqları tapılıb

237 milyon il əvvəl yaşamış nəhəngin qalıqları tapılıb

Dünya
23 июня 2026 34 просмотров
Выбранные
icon