Dünya
Выбрать плеер:
Həsən Nəsrullahın ölümü ilə bağlı təcili açıqlama | İsrailin raket hücumları...
Livanın “Hizbullah” qruplaşması sentyabrın 27-si gecə saatlarında İsrail Silahlı Qüvvələrinin Beyruta hava hücumu nəticəsində öldürülən lideri Həsən Nəsrullahın ölümünü rəsmən təsdiqləyib.
Bu barədə qruplaşmanın “Telegram” kanalında bəyanat verilib.
“30 ilə yaxındır ki, “Hizbullah”a rəhbərlik edən Baş katib, cənab Həsən Nəsrullah şəhidlik zirvəsinə ucalıb”, – deyə bəyanatda bildirilib.
Eləcə də qeyd edilib ki, İsrailin Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində Həsən Nəsrullahdan əlavə, qruplaşmanın bir neçə yüksək vəzifəli üzvü də öldürülüb.
Bundan əlavə olaraq xarici mətbuatda qeyd olunub ki, İsrailin raket zərbələri nəticəsində H.Nəsrullahın həyat yoldaşı və qızı Zeynəb də vəfat edib.
Скопировано
Выбранные