Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazandıra bilər - Baku TV
İran Hörmüz boğazında gəmilərin hərəkətinə görə ödəniş alaraq, hər il təxminən 40 milyard dollar əldə edə bilər.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Söhbət bu su marşrutundan keçən gəmilər üçün təhlükəsizlik, naviqasiya və ekoloji nəzarət xidmətlərinin göstərilməsinə görə mümkün ödənişin tətbiqindən gedir.
Adı açıqlanmayan məmurların sözlərinə görə, Tehran beynəlxalq modelləri, xüsusən də Türkiyənin Egey dənizi ilə beynəlxalq su yolu arasında hərəkət edən gəmilərdən vergi aldığı Dardanel təcrübəsini öyrənir.
Qeyd olunur ki, İran qonşularının bu razılaşmada iştirakını və gəlirlərin bir hissəsinin onların arasında bölüşdürülməsini nəzərdə tutaraq, təklifi Yaxın Şərq ölkələri və Çinlə müzakirə edir.
"Hamı anlamalıdır ki, boğazın idarə olunması heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq", – İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Omana səfəri zamanı bu sözləri deyib.
ABŞ-nin dövlət katibi Marko Rubio isə bu həftə Yaxın Şərqə səfəri zamanı həmin plana qarşı çıxıb.
Тег #İran используется
- ABŞ-İran razılaşması Tehranın nüvə obyektlərinə çıxış imkanı verir
- Tramp İranın dondurulmuş aktivlərinin nəyə sərf ediləcəyini açıqladı
- ABŞ-İran sazişi İsrailin uzun illərdir qurduğu strategiyanı pozur - Baku TV
- 122 raketlik kreyser İranın qapısında: "USS Princeton"un gəlişi nədən xəbər verir? - AKTUAL GÜNDƏM
- Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək
