Hörmüz boğazı minalanıb? | "Hücumlar əvvəlki intensivliklə davam edəcək" - Baku TV
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı zərbələri əvvəlki intensivliklə davam etdirəcəyini bildirib.
Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı qeyd edib.
İrandakı əməliyyatın başa çatdırılması üçün hansı hərbi addımların atılacağı ilə bağlı suala cavab verən ABŞ Prezidenti deyib ki, Vaşinqton indiyədək etdiyindən daha çoxunu edəcək.
ABŞ lideri əlavə edib ki, Vaşinqton istəsə, daha sərt addımlar ata bilər.
“Biz bəzi hədəflərə toxunmuruq. Əgər onları vurmaq istəsək, bir saat ərzində məhv edə bilərik”, – deyə Tramp bildirib.
O həmçinin neft şirkətlərini bölgədə fəaliyyətlərini davam etdirməyə çağırıb.
Bundan əlavə, Tramp Hörmüz boğazının minalanması barədə sualları cavablandırıb. Prezident vurğulayıb ki boğazın minalanmasına inanmır və son olaraq ABŞ qüvvələrinin İranın mina gəmilərinin demək olar ki, hamısını məhv etdiyini iddia edib.
