Выбрать плеер:
Ukrayna Ordusu Bryanska raket zərbələri endirdi
Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə raket zərbəsi endirməsi nəticəsində iki nəfər ölüb, azı 13 nəfər yaralanıb.
Bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Məlumata görə, Ukraynanın atdığı "Storm Shadow" raketləri ilə mikroelektronika zavodu hədəf alınıb.
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Bryanskda raket idarəetmə sistemləri istehsal edən zavodu vurduğunu açıqlayıb.
Скопировано
