Выбрать плеер:

Hörmüz boğazında gözlənilməz PUA hücumu | Gərginlik daha da alovlanacaq? - Baku TV

07 мая 2026 71 просмотров

Hörmüz boğazında "San Antonio" konteyner gəmisi pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb. Hadisə nəticəsində Filippindən olan 7 ekipaj üzvü xəsarət alıb.

Bu barədə Filippinin "PNA" agentliyi əməkçi miqrantlarla iş üzrə nazir Hans Leo Kakdaka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatının zərbəsi nəticəsində dörd filippinli yüngül xəsarət alıb, üç nəfər reanimasiyadadır. Daha əvvəl Fransanın "CMA CGM" şirkətinə məxsus gəminin hücuma məruz qaldığı bildirilmişdi.

Bu arada Fransanın xarici işlər naziri Jan-Noel Barro Hörmüz boğazı blokadada qaldığı müddətdə İrana qarşı beynəlxalq sanksiyaların yumşaldılmasının mümkünsüz olduğunu bildirib.

Bu barədə nazir Fransanın RTL radiostansiyasının efirində danışıb. "İran, ya da heç olmasa İran rejimi nüvə proqramının nizamlanması müqabilində ABŞ-nin sanksiyaları yumşaltmasına nail olmağa çalışır. Lakin Hörmüz boğazı blokadada qaldığı müddətdə sanksiyaların ləğvi əsla mümkün deyil", – deyə o bildirib.

Fransa XİN başçısı boğazın bəşəriyyətin ümumi sərvəti olduğunu vurğulayıb. "Heç bir şəraitdə onu blokadaya almaq, rüsum tətbiq etmək və ya şantaj üçün istifadə etmək olmaz", – deyə fransalı nazir bildirib.

Barro həmçinin bəyan edib ki, Yaxın Şərqdə davamlı siyasi həll İran hakimiyyətinin ciddi güzəştləri olmadan mümkün deyil. Onun fikrincə, Tehran regionda dinc birgəyaşayışı təmin etmək üçün öz mövqeyini kökündən dəyişdirməlidir.

Скопировано
NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

Dünya
10 мая 2026 71 просмотров
Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Dünya
10 мая 2026 71 просмотров
İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

Dünya
10 мая 2026 71 просмотров
Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Dünya
10 мая 2026 71 просмотров
Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Dünya
10 мая 2026 71 просмотров
ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

Dünya
10 мая 2026 71 просмотров
Bu su hövzəsinin rəngi niyə belədir?

Bu su hövzəsinin rəngi niyə belədir?

Dünya
10 мая 2026 71 просмотров
Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Dünya
10 мая 2026 71 просмотров
İspaniyadakı gül festivalından görüntülər

İspaniyadakı gül festivalından görüntülər

Dünya
10 мая 2026 71 просмотров
İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

Dünya
10 мая 2026 71 просмотров
Выбранные
icon