Hörmüz boğazında ticarət gəmilərinə atəş açıldı - Baku TV
İran donanması düşmənlərinə yeni acı məğlubiyyətlər yaşatmağa hazırdır.
Bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Ordu Günü münasibətilə təbrikində deyilir.
Xameneinin sözlərinə görə, İran Ordusu əvvəlki illərdə olduğu kimi, bu gün də ölkənin torpağını, suverenliyini və bayrağını cəsarətlə müdafiə edir. O, İran Ordusunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xamenei əlavə edib ki, yaxın gələcəkdə bu istiqamətdə lazımi addımlar atılacaq.
Hindistanın iki gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin təzyiqi altında Hörmüz boğazından qərbə geri çəkilməyə məcbur olub.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Hindistan tankeri Silahlı Qüvvələrin xəbərdarlığına məhəl qoymadığına görə Hörmüz boğazında hədəfə alınıb. Hadisə zamanı atəş açılıb. Gəmilərdən biri 2 milyon barel İraq nefti daşıyan Hindistan supertankeridir", – deyə agentlik qeyd edir.
Hadisə zamanı ekipajın xəsarət almadığı bildirilir.
