İspaniya hərbi bazalarından ABŞ istifadə edə bilər? | İrana ağır zərbə? - Baku TV
ABŞ-nin hava zərbələri nəticəsində İran Hərbi Dəniz və Hərbi Hava Qüvvələri, eləcə də radiolokasiya sistemlərindən məhrum olub.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib.
"Onların donanması, Hərbi Hava Qüvvələri, hava aşkarlama vasitələri, radarları və demək olar ki, heç nələri yoxdur, hamısı məhv edilib", – deyə Tramp bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, Birləşmiş Ştatların hərbçiləri lazım olduğu təqdirdə Madridin narazılığına baxmayaraq, İrana qarşı əməliyyatda İspaniyadakı bazalarından istifadə edəcəklər.
"İndi isə İspaniya faktiki olaraq bildirib ki, onların bazalarından istifadə edə bilmərik. Biz istəmirik. Əgər istəsəydik, həmin bazalardan yararlana bilərik. Heç kim bizə heç nə deməyəcəkdi, amma bu bizə hələlik lazım deyil", – deyə Tramp sözlərinə əlavə edib.
