Выбрать плеер:
İsrail dünyanı şoka saldı | İrana niyə dəqiq zərbə qabiliyyəti olmayan bu bombalar atıldı? - Baku TV
İsrail İrandakı hərbi bazalara hücumlarda bunkerdə unudulmuş və Misir hərbi bazalarına hücum etmək üçün nəzərdə tutulan 50 illik hava bombalarından istifadə edir.
Bu barədə "Kan" televiziyası mənbələrinin adını çəkmədən xəbər təqdim edib.
Vurğulanıb ki, dəqiq zərbə qabiliyyətinə malik olmayan minlərlə bu idarəolunmaz bomba unudulmuş bir bunkerdə tapılıb.
Belə ki, İsrail Hərbi Hava Qüvvələri onlardan İrandakı yaşayış məntəqələrindən uzaq ərazilərdəki hərbi bazalara zərbələr endirmək üçün istifadə edir.
İsrail Müdafiə Qüvvələrinin mənbələri bildiriblər ki, bu köhnə bombalardan istifadə olunması qərarı pula qənaət etmək və qənaətbəxş vəziyyətdə hesab edilən bunkerdən təkrar istifadə etmək üçün verilib.
Скопировано
Тег #İsrail Hərbi Hava Qüvvələri используется
