Выбрать плеер:
İsrailə qarşı istənilən hərəkətə çox sərt cavab veriləcək | Netanyahu
"İranın son günlərdə keçirdiyi hərbi təlimlər diqqətlə izlənilir və Tehranın İsrailə qarşı atacağı istənilən addım çox sərt cavablandırılacaq".
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu yunanıstanlı həmkarı və Kipr Prezidenti ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Biz bilirik ki, İran son vaxtlar təlimlər keçirir. Bunu diqqətlə izləyirik və lazım olan qiymətləndirməni aparırıq. Mən İranın başa düşməsini istəyirəm ki, İsrailə qarşı hər hansı hərəkət çox sərt cavabla qarşılanacaq", – deyə Netanyahu vurğulayıb.
İsrailin Baş naziri əlavə edib ki, İranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçiriləcək görüşdə müzakirə olunacaq.
Скопировано
