Yeni qərar İsrail hökuməti tərəfindən təsdiqləndi
İsrail hökuməti İordan çayının qərb sahilində 19 yeni yaşayış məntəqəsinin salınmasını təsdiqləyib. Bununla da son üç il ərzində qanuniləşdirilən və ya rəsmi təsdiq alan yaşayış məntəqələrinin sayı 69-a çatıb.
Qərar həm tamamilə yeni yaşayış məntəqələrinin yaradılmasını, həm də İsrail hakimiyyətinin əvvəlcədən icazəsi olmadan tikilmiş məntəqələrin geriyə doğru qanuniləşdirilməsini nəzərdə tutur.
Beləliklə, son bir neçə ildə yeni yaşayış məntəqələrinin ümumi sayı 69-a çatıb. İsrailin maliyyə nazirinin sözlərinə görə, bu, rekord göstəricidir.
Qeyd edək ki, hazırkı İsrail hökumətinin hakimiyyətdə olduğu müddətdə İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin sayı demək olar ki, 50% artıb. 2022-ci ildə orada 141 yaşayış məntəqəsi mövcud idi. Yeni tikintinin təsdiqlənməsindən sonra onların sayı 210-a yüksəlib.
