Ukraynanın mövqeyi gücləndirilir? – Danışıqlar barədə son durum
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyəti, o cümlədən “könüllülər koalisiyasının” hərbi planlarını müzakirə etmək üçün telefon danışığı aparıb.
Məlumatı Böyük Britaniya Baş Nazirinin Ofisi yayıb.
Ofisin açıqlamasına görə, Baş nazir ABŞ Prezidenti Donald Trampla danışıb:
“Liderlər Ukraynadakı müharibəni müzakirə etməklə başlayıblar. Baş nazir istənilən sülh sazişini dəstəkləmək və düşmənçiliyə ədalətli və davamlı son qoyulmasını təmin etmək üçün könüllülər koalisiyasının işini açıqlayıb”.
Starmer və Tramp həmçinin Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Starmer ABŞ Prezidentinə karyera diplomatı Kristian Ternerin Böyük Britaniyanın Vaşinqtondakı səfiri təyin olunması barədə məlumat verib.
Ofisin məlumatına görə, liderlər bir-birinə Milad bayramını təbrik ediblər.
Qeyd edək ki, 15 dekabrda İcmalar Palatasında komitə rəhbərlərinin suallarını cavablandıran Starmer bildirib ki, “könüllülər koalisiyası” Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və lazım gələrsə, onun ərazisində qüvvələr yerləşdirmək üçün planlar hazırlayıb.
Starmerin Mayamidə ABŞ-Ukrayna, ABŞ-Rusiya danışıqları gedən vaxt Trampa zəng vurması Ukraynanın mövqeyinin gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir.
Тег #Kir Starmer используется
- Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlib
- Ukraynadakı vəziyyət müzakirə olunacaq
- “Onlarla mübarizə aparılacaq, Rusiya ilə əməkdaşlıq edənlər isə...” | Kir Starmer
- Böyük Britaniya Türkiyədə ABŞ-ni necə qabaqladı?
- Ankara və London "Eurofighter" müqaviləsini imzaladı | Son onilliklərin ən böyük sövdələşməsi
