Выбрать плеер:
Moskvada partlayış | Rusiya generalı həlak oldu
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobil partlayışında həlak olub.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, 22 dekabr səhər saatlarında Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi açılıb. İstintaq Komitəsindən isə bildirilib ki, qətllə bağlı istintaq müxtəlif versiyalar irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir.
Скопировано
