İsrailin müdafiə nazirindən açıqlama | İran Laricaninin ölümünü təsdiqləmir - Baku TV
“Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə İranın terror və zorakılıq rejiminin rəhbərliyini təqib etməyə davam etməyi, “səkkizayaqlının başını” dəfələrlə kəsməyi və onun yenidən böyüməsinin qarşısını almağı tapşırmışıq”.
Bu fikirləri İsrailin müdafiə naziri İsrael Kats səsləndirib.
“Mənə indicə Baş Qərargah rəisi məlumat verdi ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İranın əsas repressiya aparatı olan “Bəsic”in rəhbəri, etirazçıların qətliamına görə məsuliyyət daşıyan Süleymani dünən gecə zərərsizləşdirilib. Onlar məhvetmə proqramının rəhbəri Xamenei, eləcə də “şər oxu”ndan digər şəxslərlə birlikdə cəhənnəmin dərinliklərinə qovuşublar.
İsrail Müdafiə Qüvvələri İranda yüksək intensivliklə əməliyyatlarını davam etdirir, rejimin obyektlərini hədəfə alır, raket buraxılışı imkanlarını məhdudlaşdırır və bütün sahələr üzrə əsas strateji infrastrukturu məhv edərək İranı onilliklər geriyə salır. Məhvetmə proqramı dağıdılır, onun rəhbərləri və imkanları zərərsizləşdirilir”, – deyə o qeyd edib.
İ.Kats Əli Laricaninin öldürüldüyünü bəyan etsə də, bu xəbər İran mənbələri tərəfindən təsdiqlənməyib. Belə ki, İran hökumətindən bildirilib ki, Ə.Laricaninin xalqa müraciəti olacaq.
Eyni zamanda İ.Katsın açıqlamasından dəqiqələr sonra İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin şəxsi “X” hesabında paylaşım olunub. Paylaşımda onun əlyazısı ilə yazdığı mətnə də yer verilməsi sanki İsrailin yaydığı xəbərləri birbaşa təkzib xarakteri daşıyırdı.
Тег #İsrail Müdafiə Nazirliyi используется
- İsrail müdafiə nazirindən Laricani barədə şok açıqlama - Baku TV CANLI
- İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi
- İsrailin müdafiə nazirindən sərt açıqlama | İran və Livan bombalandı - Baku TV
- İsrailin müdafiə nazirindən İranla bağlı kritik bəyanat - Baku TV CANLI
- Qəzzanın bərpasına nə qədər pul lazımdır?
